[language-switcher]
  • No products in the cart.
  • No products in the cart.

VMF Elli

Uşaqlar niyə qol saatı taxmalıdırlar?

Bir çox uşaqların hələ də qol saatı taxmadığını öyrəndiyiniz üçün təəccüblənə bilərsiniz. Bəli, doğrudur. Bu, təəccübləndirici olduğu qədər təəssüfləndiricidir də. Bu gözəl kiçik cihazların o qədər müsbət xüsusiyyətləri var ki, uşaqlarımızı bunlardan məhrum etmək böyük yanlış olardı. Onlar yalnız vaxtın nə olduğunu bilmək üçün deyil, həm də fərdin bir çox digər əhəmiyyətli keyfiyyətlərini ətrafa nümayiş etdirmək üçün vasitədir. Gəlin hər bir uşağın niyə qol saatına ehtiyacı olduğunu daha yaxından nəzərdən keçirək.

Zaman və məsuliyyətlilik
Qol saatı taxmaqla, uşağınız zamanla düzgün münasibət qurmağa başlayacaq. Onlar saatın neçə olduğunu daha yaxşı təsəvvür etməyə başlayacaqlar. Nəticədə, günü və hətta həftələri qabaqcadan planlaşdırmağa meyilli olacaqlar. Sadə, lakin təsirli qol saatına sahib olmaq həmişə vacib üstünlükdür. Qol saatına sahib olmaq uşağınızın vaxtdan asanlıqla xəbərdar olmasına kömək ediyi qədər, həm də başqalarına onların düzənli və məsuliyyətli olduğunu göstərir.

Dəb və fərqlənmək
Materialist bir dünyada yaşayırıq. Niyə də praktiki bir aksesuarı texnologiya və gözəlliyin heyrətamiz nümunəsi ilə birləşdirməyək? Moda aksesuarları bizi izdihamdan fərqləndirən nəsnələrdir. Qol saatları da bu aksesuarlar arasında ən seçilənlərdəndir. Uşağınızın yaşından asılı olmayaraq həm çox yönlü, həm də dəbdə olan qol saatlarına sahib olması onları həmyaşıdlarından fərqləndirəcək.

VMF ELLİ
2021-ci ildə VMF NF Saat Fabriki uşağınızın imicinə dəyər və əyləncə qata bilən VMF ELLİ brendini yaratdı. Belə ki, 3-5 yaşadək PATRİOT, 5-7 yaşadək BAYRAQ, 7-9 yaşadək GİLAS, 9-12 yaşadək SPORT və 12-15 yaşadək JUNİOR kolleksiyaları artıq 2022-ci ilin yayından öz müştərilərinin zövqünü oxşayır. Bütün saatlar uşaqlar üçün olan bütün sertifikasiyalardan keçərək tam sağlam və alergik fəsadlar yaratmayan materiallardan istehsal olunub. Paslanmayan polad və xüsusi plastikdən istehsal olunan bu saatlar zərbəyə dözümlü, suya davamlı və 2 il zəmanətə malikdir. VMF ELLİ-nin müxtəlif qol saatı modelləri arasından uşağınız üçün mükəmməl olanı seçib ona hədiyyə edə bilərsiniz.