VMF və CITIZEN uşaqlar üçün yeni VMF ELLİ saat brendini yaratdı
3 yaşdan – 15 yaşadək geyilə bilən saat brendi
2021-ci ildə Azərbaycanın VMF Saat Fabriki Yaponiyanın Citizen Saat Korporasiyasının mexanizmləri ilə yeni VMF ELLİ brendini yaratmağa başladı. Bu saat brendi yaş hədəfinə görə anında dünyanın ilk pozisiyalarına qalxdı. Belə ki, 3-5 yaşadək PATRİOT, 5-7 yaşadək BAYRAQ, 7-9 yaşadək GİLAS, 9-12 yaşadək SPORT və 12-15 yaşadək JUNİOR kolleksiyaları artıq 2022-ci ilin yayından öz müştərilərinin zövgünü oxşayır.
Bütün saatlar uşaqlar üçün olan bütün sertifikasiyalardan keçərək tam sağlam və alergik fəsadlar yaratmayan materiallardan istehsal olunub. Paslanmayan polad və xüsusi plastikdən istehsal olunan bu saatlar zərbəyə dözümlü, suya davamlı və 2 il zəmanətə malikdir.
Saatların dizaynları Azərbaycan, İsveçrə və Danimarka mütəxəssisləri tərəfindən hazırlanıb. Bu saatlar və onların funksional görünüşü ciddi və 1 il sürən uşaq istəklərinin araşdırmaları əsasında ərsəyə gətirilib.