[language-switcher]
  • No products in the cart.
  • No products in the cart.

VMF Elli

ELLİ kimdir və biz onunla harda tanış olmuşuq?

Mənim uşaqlıq qəhramanım

Elli 1996-ci ildən Azərbaycanın məlumat mərkəzi olan ANS-Press Nəşriyyat Evində anadan olub. Özündən böyüklərə və balacalara daim dəstək olan ELLİ onun adını daşıyan dərginin qəhramanı id və hər ay bütün uşaqların evinə qonaq gəlirdi. Uşaqlar onun qəhramanlığına və xeyirxaq olmasına heyran qalmışdılar və daim ona oxşamaq istəyirdilər. İndiki super-qəhramanlardan fərqli olaraq o uça bilmirdi, qeyri adi güc mənbəyi yox idi, hətta əlindən tor və ya alov dilləri də çıxmırdı. Buna baxmayaraq, ELLİ ətrafda yaşayan qoçalara hər zaman dəstək olurdu, dostlarına çətin vəziyyətdən çıxmaq üçün yol göstərirdi və balacaları qoruyaraq onları daim mühafizə edirdi. ELLİ bizim uşaqlığımızın real qəhramanıdır!

ELLİnin yeni həyatı

ELLİ pərəstişkarlarının yanına növbəti dəfə VMF Saat Fabriki Citizen Saat Korporasiyasının mexanizmləri ilə istehsal etdiyi yeni tərzdə qayıtdı. Bu dəfə ELLİ 3 yaşdan 15 yaşadək olan yeniyetmələrin saatı kimi qayıtdı. ANS Şirkətlər Qrupunun daimi üzvü qalaraq ELLİ artıq hər zaman uşaqlarımızın əlində olaraq onlara yaxşı oxumaq, bpyüklərə dəstək və faydalı oynamaq üçün düzgün vaxt göstərəcək. Bu səbəbdən VMF Saat Fabriki dünyanın aparıcı saat istehsalçısı olan Citizen Saat Korporasiyasının təcrübəsini və texnolojisini öz inkişafına birləşdirir. Bütün VMF ELLİ saatlarının görünüşü Azərbaycan, İsveçrə və Danimarka dizaynerləri tərəfindən yaradılır və mexanizmləri dünyada ən böyük istehsal şirkətlərindən biri olan Yaponiyanın Citizen emalatxanalarında qurulur. Axı bizim uşaqlar Dəqiq, Qərəzsiz və Vicdanlı olmalıdır!

İlk gündən VMF ELLİ markası bir saatdan daha çox olmağa qərar verdi. O, bütün dünyada uşaqlara saatda vaxtı söyləməyi öyrətmək üçün unikal konsepsiyanı özündə birləşdirir. Qısa bir müddətdən sonra dünyanın bütün uşaqları VMF ELLİ saatlarını onlayn və müxtəlif ölkələri əhatə edən pərakəndə satış şəbəkəsi vasitəsilə əldə edə biləcək. Bütün beş qitədə biz vaxtımızı, biliyimizi və enerjimizi təhlükəsiz, davamlı məhsullardan istifadə edərkən uşaqlara VMF ELLİ saatlarının istifadəsini əyləncə ilə üst-üstə düşməsinə sərf edirik. Planetimizə gəldikdə, VMF ELLİ bu günün və sabahın uşaqlarını nəzərə alaraq, davamlı olaraq yeni ekoloji cəhətdən sağlam maddələr və proseslər axtarır.